bannerbannerbanner
полная версияMənim həyat hekayələrim

Rza Əli oğlu Hüseynov Mirzadə
Mənim həyat hekayələrim

Mən çaşıb qalmışdım. Çunki, ilk dəfəydi Nailə müəllimədən özüm haqqımda belə sözlər eşidirdim. Həm də, o vaxtlar deyilənə görə məktəbin ən yaxşı oxuyanlarından və intizamlılarından biri mən idim.

Müəllimə nə olub axı, mən neyləmişəm, deyə soruşdum.

"Guya bilmirsən nə olub?" deyə qarşı sual verdi.

Xeyr bilmirəm, deyə cavab verdim.

Mənə yaxınlaşdı. Əlində bir məktub vardı.

“Altıncı sinifdə oxuyan filan qızın sənə yazdığı bu məktubu sizin sinifin qızları sənin kitablarının arasından tapıblar” dedi.

Nailə müəllimə, vallah mənim xəbərim yoxdu, dedim ve deyəsən müəlliməni inandırmışdım.

Eyni soyuglug, amma bir az daha yumuşaq ifadə ilə "yaxşı get dərslərinlə məşqul ol” dedi…

Sinifə qayıtdım. Tənəffüsdə məlum oldu ki, altıncı sinifdə oxuyan "filankəs" mənə məktub yazıb partamın üstündəki kitabın arasına goyub. Necə olubsa, bizim sinifin gızları da bunu görüb dərs hissə müdirinə çatdırıblar....

Bu aldığım (məktubda nə yazıldığını hələ də bilmirəm) ilk eşq məktubu idi....

Hekayə 4

1988-ci ilin sentyabr ayı idi. Sovet ordusunda üç ay idi ki xidmət edirdim.

Mən çox ciddi rejimi olan strateji əhəmiyyətli raket qoşunlarında (SƏRQ), qırxıncı məxfi qoruma batalyonunda xidmət edirdim. Hər gün çox yorucu təlimlər keçirdik. Təlimlər əsasən praktiki olurdu. Teorik təlimlərə az vaxt ayrılırdı. Bir gün yenə hərbi hissənin ərazisində müdafiə təlimlərindəydik.

Növbətçi əsgər qaçaraq bizim yanımıza gəldi və poliqon komandirinin muavininin gələcəyini, ona görə də təcili kazarmaya dönməyimizi çatdırdı.

Bizi təcili kazarmaya gətirdilər. Lenin otağına doldurub teorik dərs keçməyə başladılar. Bir azdan poligon komandirinin birinci müavini general mayor Makareviç (sonradan onun Azərbaycanlıları heç sevmədiyini öyrəndik) gəldi. Çox zəhmli komandir idi. Lenin otağında otuza yaxın təzə əsgər var idi. Makareviç bir neçə sual verdi və suallara özü seçdiyi əsgərlərin cavab vermələrini istədi.

Növbəti sualı “kalaşnikov avtomatının hissələri hansılardır” sualı idi.

Mən əlimi qaldırdım. Sualın cavabını yaxşı bilirdim. Çünki atam bir neşə il hərbi hazırlıq müəllimi işləmişdi və biz hərbi məsələlərdə məlumatlıydıq.

O biri əsgərlərin pis cavablarından general çox dilxor olmuşdu.

Bizim qərargah rəisimiz mayor Çistyakov lap pis gündəydi. Çistyakov yaxşı komandir idi. Bu hadisədən bir neçə gün əvvəl mənimlə söhbət etmişdi.Laçınlı olduğumu öyrənmiş və Ermənistanla olan münasibətlər haqqında məndən məlumat almışdı.

Yəni, bu adamla çox az müddət tanış olmağımıza baxmayaraq, onda bizim xalqımız haqqında müsbət fikir yaranmışdı.

Nə isə, Çistyakov mənim əlimi qaldırdığımı gördü və Makareviçə "yoldaş general baxın Azərbaycanın Dağlıg Qarabağ bölgəsindən olan sıravi Hüseynov cavabı bilir" dedi.

Makareviç sərt baxışlarını mənə çevirdi və "hə, onda cavab versin görək" deyə dilləndi.

Allaha çox şükür ki, avtomatın hissələrini asanlıqla saydım. Makareviç mənim bunu hardan bildiyimi soruşdu. Mən də həm orta məktəbdə, həm də burda öyrəndiyimi dedim. “Burda sizə belə şeylər öyrədirlər” deyə soruşdu. “Bəli öyrədirlər”, dedim.

Mənim suala düzgün cavabım Makareviçi əsəbilşdirmişdi. Ancaq o bir hərbçi idi və öz vəzifəsini yerinə yetirərək Çistyakova tərəf çönüb əmr verdi: "Bu əsgərə mənim adımdan, şəxsi işinə yazılmaqla tərifnamə verilsin".

Çistyakov çox sevinmişdi. General getdikdən sonra məni otağına çağırtdırıb suala düzgün cavab verdiyimə və onu pis vəziyyətdən çixardığıma görə mənə təşəkkür etdi.

Xidmət etdiyim 2 il ərzində mayor Çistyakov mənim bu “yaxşılığımı” heç unutmadı.

Hekayə 5

Universitetdə oxuduğum vaxtlardı. Səhv eləmirəmsə üçüncü kursdaydıq və rəsmxət dərsi alırdıq.

Müəllimlərimizdən biri o vaxt dosent Mesut Hasdemir idi. Bu müəllim ilk günlər mənim xoşuma gəlmirdi. Elə bil ki bir az acı dilli idi.

Nə isə, üçüncü və ya dördüncü həftə idi. Biz rəsm çəkərkən müəllim başladı bəzi fəlsəfi aforizmlər söyləməyə. Bu aforizmlər də əsasən yunan filosoflarina aid aforizmlər idi. Mənə Sokratın məşhur bir deyimini söylədi və bunu kimin dediyini soruşdu.

Mən cavabı bilmədim. Müəllim bir neçə əlavə sual da verdi. Mən həvəssiz şəkildə bildiklərimin cavabını verdim.

Amma, pis olmuşdum. Ona görə yox ki, aforizmin kimə aid olduğunu bilməmişdim. Ona görə ki, tarixi yazan bir xalq olaraq biz Türklər, çox vaxt başqa millətlərin dəyərləri ilə kifayətlənirik.

Müəllim suallarını bitirdikdən sonra mən dedim ki, hocam olar mən də sizə bir sual verim.

Dedi, olar, buyur.

Nizami Gəncəvinin "kamil bir palançı olsa bir insan, yaxşıdır yarımçıq papaqçılıqdan" kəlamınıi indiki Türkçəyə çevirib müəllimdən bu kəlamın kimə aid olduğunu soruşdum.

Müəllim cavabı bilmədi. Mən də ona dedim ki, hocam yaxşı olar ki, biz əvvəlcə öz dahilərimizin bizə əmanət buraxdıqları bu gözəl kəlamları öyrənək və onlardan dərs alaq.

Mənim hərəkətim müəllimimin xoşuna gəlmişdi. Universiteti bitirincəyə qədər bu müəllimə arada bir bizim dahilərin bildiyim kəlamlarını xatırladırdım. O da böyük maraq və həvəslə mənə qulaq asardı.

Hekayə 6

1995-ci il idi. Universitetin üçüncü kursundaydım. Dərslərimə çox həvəs göstərirdim. Arzum yaxşı bir meşə mühəndisi olub, Azərbaycan meşələrini indiki acınacaqlı vəziyyətdən xilas etmək üçün çalışmaq idi.

Diplom işimi də Azərbaycanda endemik (təbii olaraq sadəcə Azərbaycanda yetişən) olaraq bitən Eldar şamı (Pinus eldarica) və ya Dəmir ağacı (Parrotia persica) ilə əlaqədar hazırlamaq istəyirdim.

Bu fikrimi çox hörmət etdiyim, botanika kafedrasının ən dəyərli müəllimlərindən biri olan hocamız Prof. Dr. Burhan Aytuğa bildirdim.

O da Eldar şamını seçməyi məsləhət gördü.

Həmin ilin yazında fakultəmizdən Azərbaycan Meşə Nazirliyinə diplom işimin hazırlanması üçün mənə kömək göstərilməsinə dair bir xahiş əktubu götürüb Bakıya gəldim.

Nazirlikdə çox hörmətli, rəhmətlik Əhliyət müəllim mənə lazımi məlumatlarla köməkdarlıq etdi və məni Azərbaycan Elmlər Akademiyası Botanika institutunda işləyən Akademik İbrahim Səfərovun yanına göndərdi.

Badamdardakı botanika institutuna getdim. Bir az gözlədikdən sonra İbrahim müəllimlə görüşə bildim.

Çox qocalmışdı. Güclə yeriyir və qulaqları artıq zəif eşidirdi.

Mən, yüksək səslə İbrahim müəllimdən Eldar şamı haqqinda məlumat almaq istədiyimi, bu məlumatın mənə diplom işi üçün lazım olduğunu bildirdim.

Mənim dediklərimi eşidəndə bu görkəmli alim, ömrünün böyük hissəsini Azərbaycanda meşəçiliyin inkişafına həsr etmiş bu vətənpərvər qoca təəccübləndi. Bir neçə saniyyə dayanıb məndən gəlişimin səbəbini bir daha soruşdu....

Bu əzəmətli alim məni bir daha dinləyib doluxsunmuş bir halda, oğlum mən çox sevinirəm ki, sənin kimi həmvətənlərim var dedi.

Sonra kitabxana müdirəsinə belə bir yazı yazdı: "Mənim əsərlərimin hamısını, evinə aparmaq şərti ilə bu cavan oğlana verin".

Sonra da masasının üstündən öz kitablarından birinin üstünü imzalayaraq mənə bağışladı.

Kitabxana müdirəsi yazını oxudu və təəccüblə mənə baxdı.

Məgər, institutun kitabxanasından kitab çıxarmağa icazə yoxmuş. Qadını da təəccübləndirən elə buymuş....

Akademik İbrahim Səfərov və çox hörmətli Əhliyət İbadov artıq həyatda yoxdurlar. Ancaq, öz vətənləri üçün, insanlıq üçün faydalı işlər görən bu adamlar mənim kimi minlərlə insanın qəlbində yaşayacaqlar.

Hekayə 7

1996-cı il idi. Üçüncü kursu bitirib dördüncü kursa keçmişdim. Tətil vaxtı Azərbaycanda olanda, diplom işimin ikinci hissəsi ilə əlaqədər Meşə Nazirliyinə getmişdim.

O vaxtlar Meşə Nazirliyi Moskva prospektindəki binada yerləşirdi.

Həmişə olduğu kimi, nazirlikdə əvvəlcə kəndçimiz, rəhmətlik Əhliyyət müəllimlə görüşdüm. Əhliyyət müəllim, gözəl insan idi. Mənim xətirimi də çox istəyirdi.

Məni hər görəndə: "Səndən yaxşı xəbərlər alıram. Biz, laçınlıların başın uca etdiyinə görə çox sağ ol" deyərdi.

Əhliyyət müəllim, həmişə mənə doğru yol göstərmiş, diplom işim üçün lazım olan elmi materialın təminində mənə köməkdarlıq etmiş və elmi məsləhət almaq üçün məni akademik İbrahim Səfərovla görüşdürmüşdü. Ərazidə araşdırmaq üçün Ellər Oyuğu silsiləsinə getməyimdə də onun köməyi böyük olmuşdu.

Xülasə, Əhliyyət müəllimlə görüşdükdən sonra, nazir müavini rəhmətlik Əli Orucovla görüşdüm. Əli müəllim İstanbula tez-tez gələr və hər gəldiyində də bizim fakültəyə baş çəkərdi. Elə dostluğumuz da bizim fakültədən başlamışdı.

Bizim fakültədə müəllimlərim məni ona o qədər tərifləmişdilər ki, Əli müəllimin öz təbiri ilə desək, "sinəsi qabarmışdı".

Məni hər görəndə, öz yaxını kimi qarşılayar və tanışlarına məni qürurla təqdim edərdi.

Bu dəfə də məni mehribanlıqla qarşıladı və "Rza oğlum, səni nazirimiz Musa müəllimlə tanış etmək istiyirəm" dedi.

Musa müəllimin otağı ilə Əli müəllimin otağı üzbə-üz idi. Əvvəlcə özü girdi Musa müəllimin otağına. Bir-iki dəqiqə sonra otağın qapısını açıb məni də otağa dəvət etdi.

Əli müəllim, həmişə olduğu kimi, məni Musa müəllimə bir xeyli tərifləyib qürurla təqdim etdi. Musa müəllim ayağa qalxdı və çox xoş bir əhval ilə mənimlə salamlaşdı. Əli müəllimin mənim haqqımda ona çoxdan danışdığını söylədi və mənə təhsilimdə uğurlar arzuladı. Ehtiyyac yaranarsa mənim həmişə ona müraciət edə biləcəyimi vurğuladı və qapısının mənim üzümə həmişə açıq olduğunu söylədi.

Рейтинг@Mail.ru